Bakıda oğurluqda şübhəli bilinən azyaşlılar saxlanılıb

10:57 7 Sentyabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+

[ 07 Sentyabr 2015 10:53 ]


Bakı. Hafiz Heydərov - APA. Bakı şəhərində oğurluqda şübhəli bilinən azyaşlılar saxlanılıb.

 

Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 31-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 2-də saat 14 radələrində Ramana qəsəbəsində yerləşən internet klubda qəsəbə sakini İbrahim Salayevin mobil telefonunu masanın üzərindən oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 2001-ci il təvəllüdlü Heydər Əmrahov müəyyən olunaraq saxlanılıb.

 

Xətai Rayon Polis İdarəsi 34-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 5-də saat 16 radələrində Sarayevo küçəsində Ramiz Mustafayevə məxsus velosipedi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri – 2001-ci il təvəllüdlü İlkin Vəliyev və 2003-cü il təvəllüdlü Tural Əbilov müəyyən olunaraq saxlanılıb.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/395886

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR