x
Loading...

XİN Avstraliya səfirliyində korrupsiya ilə bağlı məlumat yaydı

XİN Avstraliya səfirliyində korrupsiya ilə bağlı məlumat yaydı
10:21 7 Sentyabr 2015
173 Digər
Ölkə mətbuatı
A- A+
.


“Azərbaycan Avstraliyadakı səfirliyinin keçmiş əməkdaşı Anar Həsənov adlı şəxs tərəfindən KİV-ə ünvanlanmış məktub təxribat, böhtan və təhqir xarakterlidir”.

Bunu ANS PRESS-ə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.


H. Hacıyev bildirib ki, A. Həsənov Avstraliyadakı səfirliyin əməkdaşı olaraq, fəaliyyəti müddətində “Diplomatik xidmət haqqında” qanun, “XİN haqqında” Əsasnamənin müddəalarını və əmək müqaviləsini kobud şəkildə pozduğuna və ciddi xidməti qüsurlara yol verdiyinə görə tutduğu vəzifədən azad edilib və uzunmüddətli ezamiyyətdən geri çağırılıb.

“Bir müddət əvvəl Azərbaycanın Rumıniyadakı səfirliyində çalışdığı müddətdə də Anar Həsənovun xidməti qüsurlara yol verdiyi müəyyən edilmiş, o uzunmüddətli xidməti ezamiyyətdən vaxtından əvvəl geri çağırılmış və barəsində intizam tədbirləri görülmüşdü” deyə, H. Hacıyev bildirib.

Mətbuat katibi onu da bildirib ki, A. Həsənovun “xidməti xarakter daşıyan bir sıra sənədləri KİV-ə ötürməsi növbəti ciddi qanun pozuntusu və məsuliyyətsiz davranışın nümunəsidir”: “ Xarici İşlər Nazirliyi sistemi dövlət qulluğunun xüsusi formasıdır və fəaliyyətində qüsurlara yol verən şəxslərə qarşı ciddi tədbirlər görülür”.

Ötən gün Azərbaycanın Avstraliyadakı səfirliyində çalışmış Anar Həsənov özünün işdən azad olunmasının detalları barədə mətbuata müraciət ünvanlayıb. O, müraciətində Azərbaycanın Avstraliyadakı səfirliyində korrupsiya halları olduğunu iddia edib, səfir və səfirliyin mühasibi ilə bağlı açıqlamalar edib. A. Həsənov həmçinin bir neçə xidməti sənədin surətini də mediaya göndərib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=360081

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR