Bakıda Fövqəladə Hallar Nazirliyi və AEBA-nın birgə layihəsi çərçivəsində seminar keçirilir

Bakıda Fövqəladə Hallar Nazirliyi və AEBA-nın birgə layihəsi çərçivəsində seminar keçirilir
14:03 7 Sentyabr 2015
25 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 7 sentyabr, AZƏRTAC
Sentyabr 7-də Bakıda “Kempinski Badamdar” otelində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) birgə həyata keçirdiyi “Ətraf mühitin bərpası üzrə proqramların dəstəklənməsi” adlı texniki əməkdaşlıq layihəsi çərçivəsində “Bərpa prosesindən sonra ərazilərin bağlanması, uzunmüddətli nəzarəti və texniki xidməti” mövzusunda regional seminar işə başlayıb.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminarda Azərbaycan, Böyük Britaniya, Bolqarıstan, Belarus, Qırğızıstan, Ukrayna, Xorvatiya, Estoniya, Gürcüstan, Macarıstan, Qazaxıstan, Latviya, Litva, Rumıniya, Rusiya Federasiyası, Slovakiya, Serbiya, Tacikistan, Özbəkistan və ABEA-dan 70 nümayəndə iştirak edir.
Fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə seminar iştirakçılarını salamlayıb, bu tədbirin region ölkələrində ətraf mühitin mühafizəsi üçün əhəmiyyətindən bəhs edib.
Seminarda çıxış edən ABEA-nın Texniki Əməkdaşlıq Departamentinin nümayəndəsi Andrey Çupov və Atom Enerjisi Departamentinin bölmə rəhbəri Horst Riçard Monken Fernandes, FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi vəzifəsini müvəqqəti icra edən Vüqar Hüseynov bərpa edilmiş obyektlərin bağlanması, uzunmüddətli nəzarəti və texniki xidməti zamanı istifadə olunan ən müasir metodologiyalardan bəhs ediblər. Çıxışlarda Neftçala rayonunda və Bakının Ramana qəsəbəsində neft məhsulları və digər tullantılarla çirklənmiş ərazilərin təmizlənməsi ilə bağlı FHN-in rəhbərliyi, Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin nəzarəti altında uğurla həyata keçirilən layihələr slaydlar vasitəsilə təqdim olunub.
Seminar işini davam etdirir.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_Fovqelade_Hallar_Nazirliyi_ve_AEBA_nin_birge_layihesi_cherchivesinde_seminar_kechirilir-882630

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR