​Polşada referendum baş tutmayıb

​Polşada referendum baş tutmayıb
14:12 7 Sentyabr 2015
25 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 7 sentyabr. REPORT.AZ/ Seçicilər az iştirak etdiyindən Polşada ümumxalq referendumu baş tutmayıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Polşa Dövlət Seçki Komissiyası açıqlama yayıb.
Xəbərə görə, referenduma üç mövzu çıxarılıb: Seymə (Aşağı Palata) seçkidə bir mandatlı dairələrin yaradılması, siyasi partiyaların büdcədən maliyyələşdirilməsinin ləğvi və vergilər haqda qanuna dəyişiklərin edilməsi.
Qeyd edək ki, sabiq prezident Bronislav Komorovskinin qanunvericilik təşəbbüsü ilə bağlı referendumun keçirilməsini bu il mayın 21-də Senat (Yuxarı Palata) təsdiqləmişdi.
Xatırladaq ki, referendum dünən keçirilib. Onun nəticələri bu gün açıqlanıb. Komissiyanın məlumatına əsasən, referendumda seçicilərin 7,48 faizi iştirak edib. Bu tədbirin baş tutması üçün seçicilərin 50 faizi və bir seçici iştirak etməlidir.  

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/polsada-referendum-bas

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR