Rusiyalı politoloq: “Sarkisyanın Moskvaya səfəri Sergey Lavrovun Bakıya gerçəkləşən səfəri ilə bağlıdır”

Rusiyalı politoloq: “Sarkisyanın Moskvaya səfəri Sergey Lavrovun Bakıya gerçəkləşən səfəri ilə bağlıdır”
18:07 7 Sentyabr 2015
97 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 07 Sentyabr 2015 18:04 ]


Moskva. Fərid Əkbərov - APA. “Serj Sarkisyanın Moskvaya səfəri Sergey Lavrovun sentyabrın 1-də Bakıya gerçəkləşən səfəri ilə bağlıdır. Lavrovun Bakı səfərinin detalları gizli saxlanıldı. Fikrimcə, həm Lavrovun Bakı səfərinin, həm də Sarkisyanın Moskva səfərinin gündəmi çox oxşardır. Gündəm Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair yeni təkliflərdir”.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu "Alte Et Certe" analitik mərkəzinin direktoru, siyasi ekspert Andrey Yepifantsev bildirib. O deyib ki, Putinlə Sarkisyan arasında müzakirə olunacaq ikinci məsələ Rusiya-Ermənistan münasibətləridir: "Sirr deyil ki, hazırda Rusiyada iqtisadi vəziyyət çətinləşib. Bundan Ermənistan iqtisadiyyatı da əziyyət çəkir. Üstəlik, Ermənistan bir müddət əvvəl Avrasiya İqtisadi Birliyinin üzvü olub. Bu, dövlətin əmək bazarına çıxmasına müəyyən hüquq və imkanlar verməklə bərabər, həm də onun qarşısında gömrük tarifləri, istehsal standartları və iqtisadiyyatın digər sahələrində müəyyən öhdəliklər qoyur”.

 

Politoloqun fikrincə, Putinlə Sarkisyan arasında müzakirə olunacaq üçüncü mövzu Ermənistanda enerji tariflərinin qaldırılması məsələsidir: "Biz bu yay İrəvanda enerji tariflərinin qiymətinin qaldırılması ilə bağlı sosial etirazı xatırlayırıq. Hazırda orada elektrik enerjisinin qiymətinin qaldırılmasının əsaslı olub-olmadığını müəyyən edən komissiya işləyir. Ermənistan cəmiyyəti buna hazır deyil. Əgər enerji tarifinin qiyməti qaldırılmasa, o zaman belə bir sual ortaya çıxır ki, hansı ölkənin iqtisadiyyatına daha çox yük düşür - Ermənistanın, ya Rusiyanın? Hesab edirəm ki, Putin və Sarkisyan görüşdə bu məsələləri həll etməyə cəhd göstərəcəklər”.

 

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/395993

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR