"Münaqişənin həlli üçün Azərbaycan və Ermənistan daha fəal işləməlidir”

"Münaqişənin həlli üçün Azərbaycan və Ermənistan daha fəal işləməlidir”
18:59 7 Sentyabr 2015
19 Ölkə
Ölkə mətbuatı
A- A+

“Mən ümid edirəm ki, Qarabağ münaqişəsinin tənzimlənməsi üçün iradə, imkan, hazırlıq var və bu münaqişənin həllini tapmaq olar. Fikirləşirəm ki, bunun üçün şərait yaratmaq lazımdır. Lakin əlbəttə, bunu demək asandır”.

 

Bu sözləri Gürcüstanda keçirilən beynəlxalq tədbirdə iştirak edən Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə üzrə sabiq komissarı Ştefan Füle APA-ya açıqlamasında deyib. O bildirib ki, kənar vasitəçilər münaqişənin həlli üzərində nə qədər fəal işləsələr də, əsas məsuliyyət hər iki tərəfin siyasətçilərinin üzərinə düşür: “Əgər onlar konfrontasiya dilini seçsələr, əlbəttə, belə olan halda münaqişənin həllini tapmaq üçün uzun illər gözləmək lazım gələcək. Mən bu münaqişənin tənzimlənməsində Avropanın rolunun artırılması istiqamətində işləmişəm. Həmişə demişəm ki, münaqişənin həll olunmasında həm Azərbaycan, həm də Ermənistan daha fəal işləməlidir”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/213772

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR