
Fotoya baxdıqda aktyorun kefinin kök olduğunu görməmək mümkün deyil.
Xarici KİV avstraliyalı jurnalist Kristi Milleri rejissor və aktyor tərəfindən fiziki və sözlə təhqir olunduğunu bildirərək qarşı tərəfin cəzalandırılmasını tələb edirdi. Reportyorun sözlərinə görə, Gibson onu itələyib, üzünə tüpürüb və it adlandırıb. Bütün bunlara səbəb isə jurnalistin ulduzu sevgilisi ilə birlikdə çəkməyə cəhd göstərməsi olub.

Mel Gibson - Hollivud ulduzu
Miller insidentin Paddinqton şəhərində keçirilən İsrail kinosu festivalı çərçivəsində təşkil edilən film təqdimatı zamanı baş verdiyini söyləyib. Kinoteatrın yaxınlığında Gibsonla sevgilisi Rossa yaxınlaşıb, cütlüyün şəklini çəkib və geri dönüb bgetmək istəyərkən aktyor onu kürəyindən güclü zərbə ilə itələyib. Jurnalist üzünü çevirdikdə "Oskar" mükafatçısı onun üzünə tüpürüb.
Mel Gibsonun rəsmi nümayəndəsi isə hadisəni təmamilə fərqli şərh edib: "Əslində fotoqraf mister Gibsonu və rəfiqəsini izləyib. Cütlük dəfələrlə onu rahat buraxmasını xahiş etib. Lakin hər hansı fiziki ünsiyyət olmayıb".

59 yaşlı Mel Gibson və 24 yaşlı sevgilisi Ross