Meksika prokurorluğu: İqualada oğurlanmış tələbələrin hamısı öldürülüb

Meksika prokurorluğu: İqualada oğurlanmış tələbələrin hamısı öldürülüb
16:33 28 Yanvar 2015
281 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 28 yanvar, AzərTAc
Meksikanın baş prokuroru Xesus Murilo Karam dörd ay bundan əvvəl Gerrero ştatında itən 43 tələbənin həlak olduğunu təsdiqləyib. Onun sözlərinə görə “Fırça” ləqəbli cinayətkar Felipe Rodriges tələbələrin qaçırılmasında və öldürülməsində iştirak etdiyini boynuna alıb. O deyib ki, öldürülən tələbələrin cəsədləri yandırılaraq qalıqları çaya atılıb.
AzərTAc Vesti.ru saytına istinadla xəbər verir ki, tələbələrin oğurlanmasına görə ümumilikdə 99 nəfər saxlanılıb. Baş prokuror, həmçinin bu hadisənin bütün təfərrüatlarına aydınlıq gətirilməsi və qətllərdə əli olan cinayətkarların hamısının tapılaraq cəzalandırılması üçün təhqiqatların davam edəcəyinə söz verib.
Qeyd edək ki, sentyabrın 26-da İquala şəhərində polislərin və mülki geyimli şəxslərin təhsil sahəsində islahatlara etiraz edən tələbələri atəşə tutması nəticəsində 6 nəfər ölmüş, 25 nəfər yaralanmış, 43 nəfər isə itkin düşmüşdü.
İstintaq zamanı tələbələrin polis işçiləri tərəfindən tutularaq, sonradan cinayətkar qrupa təhvil verilməsi faktı aşkarlanıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Meksika_prokurorlugu_Iqualada_ogurlanmis_telebelerin_hamisi_oldurulub-828074

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR