Sağlamlıq imkanları məhdud uşaqlara cəmiyyətin diqqətinin artırılması məqsədilə ictimai müzakirə keçirilib - FOTOSESSİYA

Sağlamlıq imkanları məhdud uşaqlara cəmiyyətin diqqətinin artırılması məqsədilə ictimai müzakirə keçirilib - FOTOSESSİYA
13:57 27 Dekabr 2014
91 Digər
Ölkə mətbuatı
A- A+

[ 27 Dekabr 2014 13:54 ]

Bakı. Musa Əhmədov –APA-Economics. Bu gün “Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan, yetkinlik yaşına çatmayanlara ictimaiyyətin diqqətinin artırılması üçün təbliğat kampaniyalarının təşkili” layihəsinin yekun tədbiri keçirilib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) “APA-Economics”ə verilən məlumata görə, tədbirdə layihə çərçivəsində görülən işlər, habelə qeyd olunan təbəqədən olan uşaqlara cəmiyyətin diqqətinin artırılması məsələləri müzakirə olunub.

 

Bu ilin iyulundan “Gələcəyə addım” Sosial İnkişaf İctimai Birliyi tərəfindən icrasına başlanan layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqlara qarşı ayrı-seçkiliyin qarşısının alınmasına və onların cəmiyyətə inteqrasiyasının dəstəklənməsinə ictimai diqqətin artırılması olub. Birliyin sədri Ayla Həsənova bu məqsədlə layihə çərçivəsində görülən işləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd olunub ki, bununla əlaqədar müvafiq mövzuda çap-təbliğat materialları hazırlanaraq əhalinin sıx olduğu yerlərdə paylanılıb. Həmçinin sağlamlıq imkanları məhdud şəxslərin potensial qabiliyyətlərinə yönəldilməsi, eləcə də belə şəxslərin öz potensiallarını cəmiyyətə təqdim etmək əzminin artırılması üçün tanınmış insanların iştirakı ilə sosial çarx hazırlanaraq televiziya kanallarında yayımlanıb. Layihənin nümayəndələri tərəfindən ayrı-ayrı məktəblərdə yuxarı sinif şagirdlərinin iştirakı ilə maarifləndirici tədbirlər təşkil olunub, habelə Beynəlxalq Əlillər Günündə televiziya proqramında aidiyyəti mövzuda təbliğat xarakterli çıxışlar edilib.

 

Aidiyyatı hökumət və qeyri-hökumət qurumlarının nümayəndələrinin, mədəniyyət xadimlərinin iştirakı ilə keçən tədbirdə sağlamlıq imkanları məhdud uşaqlara qarşı ayrı-seçkiliyin qarşısının alınması, belə uşaqların cəmiyyətə inteqrasiyası, onların öz potensiallarını reallaşdırmaq imkanlarına malik olmaları və s. ilə bağlı məsələlər geniş müzakirə olunub.

 

Tədbir zamanı səslənən ayrı-ayrı təkliflərin aidiyyəti dövlət qurumlarına təqdim olunması qərara alınıb.

 

Qeyd edək ki, bu layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sosial sifarişi əsasında icra olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR