[ 09 Sentyabr 2015 00:58 ]
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Aleksandr Bastırkin “Rossiyskaya gazeta”ya müsahibəsində bildirib.
“Arseni Yatsenyuk azı iki silahlı toqquşmada– 1994-cü ilin dekabrın 31-də Qroznının Minutka meydanında və 1995-ci ilin fevralında Qroznı 9 saylı şəhər xəstəxanasının qarşısında döyüşlərdə iştirak edib. Bundan başqa o 1995-ci ilin yanvarın 7-də Qroznı şəhərinin Oktyabr rayonunda rusiyalı hərbçilərinə işgəncə verilməsinə və güllələnməsində iştirak edib”, deyə Bastrlkin qeyd edib.
Bastırkinin sözlərinə görə, Yatsenyuk rusiyalı hərbçilərini qətlə yetirdiyinə görə hətta Cövhər Dudayevin “Millətin şərəfi” ordeni ilə təltif edilib.