Ukraynanın separatçıların nəzarəti altında olan Luqansk şəhərində Vilayət Administrasiyasının keçmiş əməkdaşı, azərbaycanlı iş adamı Nəsibov Nəsib Yadigar oğlu naməlum şəxslər tərəfindən öldürülüb.

Luqansk Vilayəti Azərbaycanlıları Konqresindən verilən məlumata görə, əslən Azərbaycanın Xankəndi şəhərindən olan, Ukrayna vətəndaşı, 1958-ci il təvəllüdlü N. Nəsibov sentyabrın 1-də şəhərin mərkəzindəki küçələrin birində öz avtomobilində gülləbaran edilib.

Aldığı çoxsaylı güllələrdən tanınmaz hala düşən N. Nəsibovun meyiti ailəsi tərəfindən Luqanskda dəfn edilib.

N. Nəsibov 1988-96-cı illərdə Luqansk Vilayət Administrasiyasında yüksək vəzifə tutub.

Hazırda şəhəri nəzarətdə saxlayan “Luqansk Xalq Respublikası”nın milisi N. Nəsibovun ölümü ilə bağlı cinayət işi qaldırıb, qatilin, yaxud qatillərin tezliklə tapılacağına dair ailəsinə söz verib. / APA

Azərbaycanlı biznesmeni tanınmaz hala saldılar - növbəti vəhşilik
Ukraynadakı döyüşlərdən

ANS PRESS xatırladır ki, son vaxtlar Ukraynada yaşayan azərbaycanlı iş adamları hədəfə alınıb. Ötən ay Ukraynanın Xerson vilayətində Azərbaycan diasporasının rəhbərlərindən biri, 1956-cı il təvəllüdlü yaşlı Tağıyev İlham Tağı oğlu qətlə yetirilib.

İlham Tağıyevin meyiti ona məxsus “Mercedes” markalı avtomobildə aşkar olunub.

Polisin ilkin ehtimalına görə, naməlum şəxslər Tağıyeva Berislav şossesində o qaraja gedərkən hücum ediblər. Diaspora rəhbərinin başına küt alətlə 3 zərbə endirən cinayətkarlar, onu maşından çıxaraq döyüblər. Nəticədə Tağıyevin 3 qabırğası sındırılıb. İ.Tağıyevi qətlə yetirdikdən sonra naməlum şəxslər onun üzərindən evinin açarlarını götürürək mərhumun evini qarət ediblər.

Azərbaycanlı biznesmeni tanınmaz hala saldılar - növbəti vəhşilik
Hadisə yerindən görüntü

İ. Tağıyev həmçinin iş adamı olub. O ət polufabrikatlarının satışı ilə məşğul olub. Cinayətin iş adamının biznesi ilə əlaqədar törədilməsi güman olunur.

Həmçinin oxuyun:

Azərbaycanlı iş adamı vəhşicəsinə qətlə yetirildi

Azərbaycanlı biznesmen avtomobilində partladılaraq öldürüldü

Azərbaycanlı iş adamı mühasirəyə düşdü, təslim olmadı