Qətlə yetirilən rusiyalı siyasətçi Boris Nemtsov ölümündən sonra nüfuzlu “Azadlıq mükafatı” ilə təltif edilib.

ANS PRESS-in məlumatıan görə təltifetmə mərasimi ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Respublika İnstitutunda baş tutub.

Mükafatı senator Con Makkeyn siyasətçinin dostu və silahdaşı Xalq Azadlığı Partiyasının sədr müavini Vladimir Karamurzaya təqdim edib.

Mərhum siyasətçiyə verilən “Azadlıq mükafatı”na 1995-ci ildən bəri hər il Beynəlxalq Respublika İnstitutu tərəfindən dünyada azadlığın və demokratiyanın inkişafına töhfə verən şəxslərə təqdim edilir.

Nemtsov ölümündən sonra mükafatladırıldı
Nemtsova verilən “Azadlıq mükafatı” mükafatı


Bu günə qədər ABŞ prezidenti Ronald Reyqan, Myanma müxalifətinin lideri Aun Çji Suyunun Sanı, sovet müxalifətçisi Natan Şaranskiy, Liberiya prezidenti Djonson-Sirlif Elleni, İoann Pavel II (ölümündən sonra) bu mükafata layiq görülüb.

Mükafatın son sahibi Boris Nemtsov bu il fevralın 27-də Moskvada Kreml yaxınlığında öldürülüb. Qatillər Boris Nemtsova 6 güllə atıblar. Onlardan dördü hədəfə dəyib. Rus siyasətçi daxili qanaxmadan keçinib.

Nemtsov ölümündən sonra mükafatladırıldı
Nemtsov ölümündən sonra mükafatladırıldı
Boris Nemtsov öldürüldükdən sonra hadisə yeri


Hadisə baş verən vaxt Nemtsovun birlikdə olduğu 23 yaşlı ukraynalı model Anna Duritskaya onun yanında olub. Siyasətçinin hakimiyətə qarşı kəskin çıxışlar etdiyi üçün öldürüldüyü iddia edilirdi.

Sonradan onun ölümündə günahladırılan 2 nəfər Şimali Qafqaz əsilli Anzor Qubaşov və Zaur Dayaev həbs həbs edildi.