“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, layihə Avropa Birliyi TAİEX proqramı çərçivəsində hazırlanıb.
Bu ilin oktyabr-noyabr aylarında Bakıda layihə əsasında Avropa Birliyi TAİEX şöbəsinin ekspertlərinin iştirakı ilə “Milli innovasiya sisteminin formalaşdırılması üçün aktual olan elm-dövlət-istehsalat (üçqat spiral) münasibətlərinin qurulması” mövzusunda seminar keçiriləcək.
Tədbirdə Avropanın qabaqcıl ölkələrinin təcrübələri əsasında "innovasiyanın üçqat modeli" konsepsiyası, modelin strukturu və iştirakçıların vəzifələri, üçqat spiral və iqtisadiyyat, üçqat modelin formalaşması, regional inkişafda üçqat modelin əsasları, innovasiya nəzəriyyəsindən irəli gələn modelin əsas xüsusiyyətləri və s. mövzularda müzakirələr aparılacaq.
Aynur Vəliyeva