Məşhur aktrisa Sandra Ballokun yeni sevgilisi Brayan Rendalın keçmişi ilə bağlı qaranlıq məqamlar ortaya çıxıb.

ANS PRESS-in məlumatına görə, Rendalın qonşuları onun keçmişi haqqında həqiqəti aşkar ediblər. Onlar Brayan Rendalı təcavüzkar vandal adlandırıblar və hətta ondan polisə şikayət ediblər.

Bir müddət Rendalın qonşusu olan Con Steyser onun barəsində polisə şikayət edib. Steyser bu məsələ ilə bağlı bildirib ki, Rendal onun itinin bəzi hərəkətlərinə görə bərk qışqırmağa başlayıb və onu təhqir edib.

" Mən qorxdum, çünki o məndən hündürdü və kömək üçün itimi çağırdım. Rendalın evində silah var və həmçinin o təcavüzkar xasiyyəti ilə fərqləndiyi üçün mən polis çağırmağa məcbur oldum"- deyə Steyser əlavə edib. Baş verən hadisədən sonra Steyser hüquq orqanlardan xahiş edib ki, onlar Rendala qonşusu ilə hər hansı əlaqə qurmağa qadağan etsinlər.

Məşhur aktrisanın sevgilisi haqqında yeni faktlar üzə çıxdı
Brayan Rendal- Sandra Ballokun sevgilisi

Brayan Rendalın 49 yaşi var və o ,Sandra Ballokdan 2 yaş kiçikdir. Keçmişdə o, model olub və sonra fotoqraf kimi işləməyə başlayıb. Məlumata görə, Ballok oğlunun 5 yaşını qeyd etmək üçün təçkil etdiyi tədbirə Rendal fotograf kimi çağrılıb. Həmin vaxtdan cütlüyün eşq macəraları başlayıb. Rendalın bir qızı var və yaxınları onu qayğıkeş ata adlandırırlar. Bu fakt Sandro Balloku məyus edib. Aktrisa sevgilisi haqqında yayılan bu xəbərlərə inanmadığını bildirib. Çünki Rendalın mərhəmətli insan olduğunu düşünür.

Məşhur aktrisanın sevgilisi haqqında yeni faktlar üzə çıxdı
Sandra Ballok-məşhur Hollivud ulduzu