ANS PRESS-in məlumatına görə, amerikalı boksçunun vətəndaşlıq almaq istəyi ölkə konstutusiyasının 89-cu maddəsinin A bəndinə uyğun olaraq, təmin edilib.
Tanınmış amerikalı boksyor və dünya çempionu Roy Con bu ilin avqust ayında Rusiya vətəndaşlığını almaq üçün ərizə verib.
"Mən Rusiya cəmiyyətinin aktiv üzvü olmaq istəyirəm. Rusiya cəmiyyətini onun məni sevdiyi kimi sevirəm. Bu ölkənin vətəndaşı olmağım hər iki ölkə arasında körpu tipməkdə və bu ölkələri birləşdirməkdə mənə kömək edəcək" , - deyə idmançı bildirib.
Bundan əlavə o qeyd edib ki, bu siyasətlə əlaqəli qərar deyil. Bu addım Rusiyayla ABŞ arasında idman və mədəniyyət əlaqələri qurmağa istiqamətlənib.
Boksyor vətəndaşlıq almaq istəyini Vladimir Putinə Sevastopoldakı görüşü zamanı bildirib. Ölkə prezidenti isə ona cavabında bunu bir şərtlə edəcəyini deyib:" Roy Conun gələcəyinin Rusiyayla bağlı olacağı təqdirdə ona kömək edəcəyəm", -deyə prezident bildirib.
İdmançının pradüseri isə bildirib ki, baksor Rusiya vətəndaşlığını alandan sonra da Amerika vətəndaşlığını saxlayacaq.
Con 4 çəki kateqoriyası üzrə dünya çempionu olub. Onun hesabında profesional rinqdə 62 qələbə və 8 məğlubiyyət var.
2013-cü ilin yanvar ayında fransalı aktyor Jerar Deportye da rusiya vətəndaşlığını qəbul edib. Aktyorun bu addımı atmağına səbəb Fransada qoyulan yüksək vergi rüsumları olub.

Amerikalı baksyor Roy Con və Rusiya prezidenti Vladimir Putin