Dünyanın ən ələkeçməz, sirli yırtıcılarından biri sayılan və "qızılı pişik" adlanan bəbirin ilk videosu çəkilib.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Uqandadakı Kibala Milli Parkında dünyada indiyədək bir dəfə olsun belə, fotokamera və ya videokamera ilə çəkilməmiş qızılı bəbir obyektivə düşüb.
Bir neçə kolobus meymunu cəngəllikdə qırılmış ağacın kötüyünü araşdıraraq, qurd axtarırdı. Bu dəm ağacların arasından ildırım sürəti ilə irəli atılan qızılı bəbir meymunlardan birini dişinə keçirərək "yoxa" çıxıb.
Videonun müəllifi Maks Plank İnstitutunun Kibaladakı layihəsinin rəhbəri Samuel Anqedakindir.
Milli.Az


Dünyada ilk dəfə çəkildi: bu da qızılı pişik - VİDEO - FOTO
Dünyada ilk dəfə çəkildi: bu da qızılı pişik - VİDEO - FOTO
Dünyada ilk dəfə çəkildi: bu da qızılı pişik - VİDEO - FOTO