Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilov İspaniyanın "Eybar" klubunda ilk oyununa çıxıb.

Report-un məlumatına görə, o, La Liqanın III turunda "Malaqa" ilə keçirilən oyuna əvəzetmədən daxil olub.

Yığma komandanın üzvü matçın 66-cı dəqiqəsində komanda yoldaşı Qonzalo Eskalanteni əvəzləyib və 8 dəqiqə sonra sarı vərəqə ilə cəzalandırılıb.

Malaqada yerləşən "La Rosaleda" stadionunda keçirilən qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

Qeyd edək ki, 3 oyunda 7 xal toplayan "Eybar" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Milli.Az