[ 29 Yanvar 2015 11:35 ]
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xarici vətəndaşa qarşı soyğunçuluq etməkdə təqsirləndirilən Kamran Aslanov və Qabil Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, Kamran Aslanov 8 il 6 ay, Kamram Cəfərov isə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, onlar Böyük Britaniya vətəndaşı Robert Hugesə qarşı quldurluq cinayəti həyata keçiriblər. Təqsirləndirilən şəxslər onu yerə yıxaraq 1 ədəd qızıl üzüyünü, 1 ədəd qol saatını, 2 ədəd mobil telefonunu zorla əlindən alıblar.