[ 15 Sentyabr 2015 10:43 ]
Bakı. Məlahət Nəcəfova - APA. Rusiya Müdafiə Nazirliyinin nəzdində Kollektiv Təhlükəsizlik və Müqavilə Təşkilatının (KTMT) böhrana reaksiya mərkəzi yaradılır.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə məlumat verən Xarici İşlər Nazirliyindəki mənbə bildirib ki, təşkilatın kollektiv təhlükəsizlik şurasının 2014-cü il dekabr sessiyasının qərarı praktik müstəviyə çıxarılıb.
O, həmçinin təşkilatın 2025-ci ilə kimi olan kollektiv təhlükəsizlik strategiyasının razılaşdırılması istiqamətində işlərin aktivləşdiyini bildirib.
Bu çərçivədə ekspertlərin bir neçə görüş və məsləhətləşmələrinin keçirilməsi gözlənilir.