[ 15 Sentyabr 2015 11:35 ]
Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda cibgirlik etməkdə şübhəli bilinən şəxs tutulub.
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, paytaxtda yerləşən ticarət mərkəzlərində və ictimai nəqliyyatda cibgirlik yolu ilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1958-ci il təvəllüdlü Abbasağa Əbülfəz oğlu İzətullayev müəyyən olunaraq tutulub.
Onun üzərinə baxış keçirilən zaman 0,744 qram tiryək aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.