Ağcabədi, 15 sentyabr, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisinin nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzinin məktəbəqədər hazırlıq kursunu bitirən uşaqlar məktəbə yola salınıb.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə mərkəzin direktoru Radə Telmanqızı çıxış edərək iştirakçılara mərkəzin fəaliyyəti və fiziki imkanları məhdud olan uşaqlara yaradılan şərait barədə məlumat verib.
Tədbirdə digər çıxış edənlər regionda belə bir mərkəzin fəaliyyət göstərməsini yüksək qiymətləndirib, birinciləri təbrik edərək, onlara təhsildə uğurlar arzulayıblar.
Sonda mərkəz tərəfindən uşaqlara məktəbli çantaları və dərs ləvazimatları hədiyyə edilib.
İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzində hazırlıq kursu keçən uşaqlar məktəbə yola salınıb
İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzində hazırlıq kursu keçən uşaqlar məktəbə yola salınıb