Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 14-də Qazaxıstanın Almatı şəhərində M.Auezov adına Qazaxıstan Dövlət Akademik Dram Teatrının səhnəsində "Almatı-2015 İslam mədəniyyətinin paytaxtı" çərçivəsində Beynəlxalq festival keçirilib.
Konsertdə Qazaxıstanın "Qulder" Estrada-Rəqs Ansamblı və N.Tlendiyev adına Akademik Folklor-Etnoqrafik Orkestri ilə yanaşı, Misirin "Tannura", Qırğızıstanın "Bereke" ansambılları, tanınmış tacikistanlı ifaçı Sitora Nazarova da iştirak edib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə ölkəmizi Fikrət Əmirov adına Azərbaycan Dövlət mahnı və rəqs ansamblı təmsil edib.
Ansamblın ifasında təqdim olunan "Azərbaycan", "Uzundərə" və "Yallı" rəqsləri tamaşaçıların böyük marağına səbəb olub. Ansambl festivalda uğurlu çıxışlarına görə Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyinin xüsusi diplomu ilə təltif edilib.
Azərbaycanın musiqi ansamblı uğurla çıxışına görə Qazaxıstanda xüsusi diplomla təltif edilib