Cessika Alba Taylandda dincələrkən - fotolar

Cessika Alba Taylandda dincələrkən - fotolar
12:51 29 Yanvar 2015
263 Şou
Ölkə mətbuatı
A- A+

“Mexanik 2” filminin çəkilişləri üçün Tailanda gedən aktrisa Cessika Alba öz istirahətinə də vaxt ayırıb.

Axşam.az Rusiya mediasına istinadən xəbər verir ki, Cessika çəkilişlərdən sonra günəş vannası qəbul edərək meditasiya ilə məşğul olub.

Gözəllik sirlərini bölüşən aktrisa düzgün qidalanır, formada qalmaq üçün səhər saat 5:30-da oyanır, idman zalına gedir, sonra isə çəkiliş meydançasına yollanır. 33 yaşlı aktrisa bu yaxınlarda müsahibələrinin birində özünü hələ də gümrah hiss etdiyini deyib:

“Mən buna 30 yaşımda – doğuşdan sonra nail oldum. İndi əvvəlkindən daha qamətliyəm. Bədənim sanki başqa cür görünür. Özümü daha çox qadın kimi hiss edirəm. Üz cizgilərim isə artıq yeniyetmə qızın üzünə oxşamır”.




Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25736

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR