Bakı, 15 sentyabr, AZƏRTAC
Azərbaycanın neft-qaz sənayesində mühüm əhəmiyyətə malik “Günəşli” yatağındakı 13 nömrəli dərin dəniz özülündən 352 nömrəli quyu aparılan geoloji tədbirdən sonra istismara verilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, quyu fasilə lay dəstəsindən qazlift üsulu ilə məhsul verib, 2850-2837 metr intervaldan sutkalıq 70 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” neft və qazçıxarma idarəsi tərəfindən həyata keçirilir.