Azərbaycan Dövlət İqtisad Universitetində “Bank of Baku”-nun tədris laboratoriyasının açılış mərasimi keçirilib

13:17 29 Yanvar 2015
134 Digər
Ölkə mətbuatı
A- A+

[ 29 Yanvar 2015 13:14 ]


Bakı. Fərid Mirzəyev - APA. Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “Bank of Baku”-nun tədris laboratoriyasının açılış mərasimi keçirilib.

Universitetdən APA-ya daxil olan məlumata görə, ADİU-nun rektoru, professor Ədalət Muradovla “Bank of Baku”nun idarə heyətinin sədri Fərid Hüseynov SABAH qrupları üçün hazırlanmış tədris otağı ilə tanış olublar.

 

Bank laboratoriyanı 14 notebook, wi-fi avadanlıqları, mebel dəstləri, maliyyə, mühasibat, bank işinə aid kitablar və digər ofis avadanlıqları ilə təmin edib.
 

Daha sonra tədbir “Bank of Baku”nun təqaüd proqramının təqdimatı ilə davam edib.
 

Bankın idarə heyətinin sədr müavini Zaur Qaraisayev çıxış edərək ADİU tələbələrinə bankın inkişaf tarixi və cari göstəriciləri barədə məlumat verib, “Bank of Baku”nun təqaüd proqramı, müraciət şərtləri və qaydaları haqda danışıb.

 

Z.Qaraisayev bildirib ki, tələbə təqaüdü proqramına universitetə 450-dən çox balla qəbul olunan və son sessiyanın nəticəsinə görə 70-dən yuxarı bal toplayan 3 və 4-cü kursların tələbələri sənədlərini təqdim edə bilər: Eyni zamanda, təqaüd alan beş tələbə bankda təcrübə keçmək imkanı əldə edəcək.

 

Bundan başqa ADİU-nun magistrlarına “Bank of Baku”da mövcud karyera imkanları haqda ətraflı məlumat verilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370808

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR