Tokio, 16 sentyabr, AZƏRTAC
Yaponiya özünümüdafiə qüvvələrinin qırıcı təyyarələri ölkənin şimalında Hokkaydo adası sahillərində hava məkanının pozulması ehtimalı ilə səmaya qalxıblar.
Yaponiya Müdafiə Nazirliyi bildirib ki, başqa bir ölkəyə məxsus təyyarə sentyabrın 15-də günün ikinci yarısında ölkənin hava məkanına daxil olub. Yaponiya qırıcılarının pilotları radio vasitəsilə xəbərdarlıq etdikdən bir neçə saniyə sonra həmin təyyarə Yaponiyaya məxsus hava məkanını tərk edib. Şimal istiqamətindən Hokkaydo və Kunaşiri adaları arasında hava məkanına daxil olan təyyarə xəbərdarlıqdan sonra geriyə qayıdıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio