Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Müstəqilliyini qazandıqdan sonra Azərbaycanın tarixi nailiyyəti özünün sabitliyini, təhlükəsizliyini və dinamik inkişafını təmin etməsidir. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Twitter”-dəki səhifəsində yazıb.

N.Məmmədovun sözlərinə görə, şübhə yoxdur ki, xalqının Prezidentinə inamı, xalqla Prezidentin birliyi bu tarixi nailiyyəti həmişə qoruyacaq və davam etdirəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az