Bakı, 17 sentyabr, AZƏRTAC
Koreya Respublikasının Azərbaycandakı səfirinin müavini Tae Yun Youl və səfirliyin birinci katibi Park Junq Doo Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda olublar.
Fizika İnstitutundan AZƏRTAC-a bildiriblər ki, qonaqlar bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədovla görüşüblər.
Məqsəd Fizika İnstitutunda alimlərin tədqiqat işləri aparması üçün yaradılan şəraitlə tanış olmaq, aparılan elmi tədqiqatlar haqqında məlumat almaq idi.
Geniş fikir mübadiləsi aparılan görüşdə institutun ınnovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov, elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov və fizika-riyaziyyat elmləri doktoru Oqtay Qasımov da iştirak ediblər.
Sonra qonaqlar ınnovasiya sektorunda müasir avadanlıqlarla tanış olublar.