Tokio, 17 sentyabr, AZƏRTAC
Sentyabrın 17-də Yaponiya paytaxtınn şərqində yerləşən Çiba prefekturasında nəhəng “Tokyo Game Show” kompyuter oyunları sərgisi açılıb. Bu dəfəki sərgidə Yaponiyadan və dünyanın müxtəlif ölkələrindən 480 iştirakçı şirkət məhsullarını nümayiş etdirir.
Cari ildə təqdim edilən sərgi əvvəlkilərdən iştirakçılara öz təcrübələrini başqaları ilə bölüşmək imkanı yaratması ilə fərqlənir. Bu cür xidmət oyunçulara oyun prosesini internetə və ya videoçarxa köçürməyə imkan yaradır.
Tanınmış “YouTube” və “Amazon” şirkətləri ilk dəfə bu sərgidə iştirak edirlər. Onlar da iştirakçılara müxtəlif oyun xidmətləri təklif edirlər. Xatırladaq ki, “Amazon” şirkəti hələ ötən il internetdə videoçarxlar təklif edən şirkəti satın almışdı.
Çoxsaylı tamaşaçıların böyük maraqla qarşıladığı sərgi dörd gün davam edəcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
Yaponiya paytaxtında nəhəng “Tokyo Game Show” kompyuter oyunları sərgisi açılıb