[ 18 Sentyabr 2015 04:39 ]



Bakı-APA. Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Moskva Cinayət-Axtarış İdarəsində baxış keçirib. Bu barədə APA “LifeNews”-a istinadən xəbər verir.

“Kriminal avtoritet və “qanuni oğrular” ilə mübarizə şöbəsinin 3 əməliyyat müvəkkili saxlanılıb. Baxış əməkdaşların və rəhbər şəxslərin iş otaqlarında keçirilib”, deyə hüquq-mühafizə orqanlarından bildirilib.

Saxlanılan şəxslərə hələlik ittiham irəli sürülməyib.

Qeyd edək ki, hüquq-mühafizə orqanları Moskva Cinayət-Axtarış İdarəsinin 6 əməkdaşı barəsində silah alveri ittihamı üzrə cinayət işinə başlayıb.