Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin doğum günü, milli musiqi bayramı Lider TV-nin canlı yayımında təmtəraqlı şəkildə qeyd olunub.
Milli.Az xəbər verir ki, Lamiyyə Ələkbərqızının aparıcısı olduğu "Həyat tərzi" verilişində qonaq olan əməkdar incəsənət xadimi bəstəkar Nadir Əzimov, sevimli ulduzlar Nuri Sərinləndirici və onun duet ortağı Jane Shirokih yaxın keçmişə səyahət edib, zəngin musiqimiz haqqında maraqlı fikirlər səsləndiriblər.
Verilişin irəliləyən dəqiqələrində L.Ələkbərqızı Nurinin repertuarında yer alan ""Görüş yeri" mahnısının müəllif hüquqlarının pozulması ilə bağlı tamaşaçılara məlumat verib.
Studiyaya dəvət olunan gənc bəstəkar İlahə Qismətin açıqlamasından bəlli olub ki, müəllifi olduğu mahnı başqası tərəfindən mənimsənilib:

"Mahnımı öz adına çıxaran həmin şəxsin adını açıqlayıb, onu lap biabır eləmək istəmirəm. Sadəcə, bilsin ki, oğurluğun ömrü uzun olmur. Ümidvaram bir də belə addım atmayacaq. Söz verirəm ki, "Görüş yeri" mahnını yenidən aranjman etdirib Nuri bəyə təqdim edəcəyəm".
Baş verənlərdən xəbərsiz olduğunu söyləyən Nuri son vaxtlar ona təqdim olunan müraciətlərdən söhbət açıb: "Mən bu şüarımı çox sevirəm. Zavodlar bağlanıb, hamı oxuyur. Bu müraciətimlə kiməsə söz atmıram. İstəyim odur ki, bəzi həvəskar bəstəkarlar kiminsə haqqını yeyib özlərini gündəmə gətirməsinlər".

90 dəqiqəlik canlı yayımda Nuri və Jane ən hit mahnılarını ifa etməklə bayram əhval-ruhiyyəli verilişi daha maraqlı ediblər.
"Həyat tərzi" həftə içi 5 gün, saat 14.30-dan 16.00-dək Lider TV-nin efirində canlı yayımlanır.
Verilişin informasiya dəstəyi Trend, Day.Az və Milli.Az-a məxsusdur.

Şahin Cavadsoy
Milli.Az

Milli musiqi günündə Nuri Sərinləndiricinin oxuduğu oğurluq mahnı ifşa edildi - FOTO