Play Store

Fərəc Quliyev: "Azərbaycanın erməniləri istənilən formada susdurmaq üçün imkanları var"

Fərəc Quliyev: "Azərbaycanın erməniləri istənilən formada susdurmaq üçün imkanları var"
16:47 29 Yanvar 2015
91 Digər
Ölkə mətbuatı
A- A+

“Ermənistanın pilotsuz uçan aparatının Azərbaycan ərazisinə soxulması və Silahlı Qüvvələrimiz tərəfindən vurulması əvvəla onu göstərir ki, Ermənistan atəşkəs rejimini pozmaqla bir neçə məsələyə diqqəti yönəltmək istəyir”.

Bu barədə Trend-ə Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Fərəc Quliyev deyib.

O qeyd edib ki, birincisi, Ermənistan hakimiyyəti diqqəti ölkə daxilindəki çox ağır ictimai-siyasi gərginlikdən cəbhə xəttinə yönəltmək istəyir: “İkinci məsələ isə budur ki, danışıqlar prosesini pozub status-kvonu saxlamaq istəyirlər. Vurulan uçan aparat da Ermənistana məxsus deyil, Rusiyanın aparatıdır. Çünki bu gün Ermənistanın bu cür aparatlar almaq və idarə etmək qabiliyyəti yoxdur”.

F.Quliyev vurğulayıb ki, amma hər halda nəticə olaraq bir daha müəyyən oldu ki, Azərbaycan Silahlı Qüvvələri bütün imkanlara malikdirlər və ermənilərin Azərbaycan ərazisində hər hansı hərəkətləri olacaqsa, cavablarını alacaqlar: “Bundan əvvəl Ernmənistan hərbi helikopterinin vurulması, indi də uçan aparatın vurulması onu göstərir ki, Azərbaycan tərəfinin erməniləri istənilən formada susdurmaq üçün imkanları var və onlar bunu nəzərə almalıdır”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/321649.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR