Bakı, 19 sentyabr, AZƏRTAC
Leopold və Mstislav Rostropoviçlərin ev muzeyində Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin 130 illik yubileyləri münasibətilə "Açıq qapı" günü keçirilib.
AZƏRTAC xəbər verir ki, ziyarətçilər üçün ekskursiya təşkil olunub. Muzeyin zəngin fondundan çıxarılmış materialların nümayiş olunduğu sərgidə müxtəlif tarixi sənədlər yer alıb. Materiallar arasında Leopold Rostropoviçin Ü.Hacıbəyliyə 1938-40-cı illərdə yazdığı məktublar, bəzi konsertlərin proqramları və s. var.
Ev muzeyində L.Rostropoviç, Ü.Hacıbəyli və M.Maqomayevlə bağlı foto-şəkillərdən ibarət slayd-şou da nümayiş etdirilib.