Bakıda çəkilən foto görənlərdə öncə təəccüb və gülüş, sonra da sual doğurur: əcəba, səbəb nədir?
Milli.Az bildirir ki, tanınmış jurnalist Mahir Məmmədli sosial şəbəkədə fotolar paylaşaraq: "3 saylı Şəhər Klinik Xəstəxanasında kreativ tualet" qeydini edib. Fotolardan görünür ki, ayaqyoluların qapıları yarıdan aşağı sındırılıb.
Olay Soçi Olimpiadası zamanı uzun müddət məsxərə obyekti olan iki unitazlı ayaqyoluları xatırlatsa da, Bakıdakı ayaqyolunu bu hala salanların "kreativliyi" lap təəccübləndirir.
Milli.Az
