Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycanlı heykəltəraş Zeynalabdin İsgəndərov Roma Rəssamlıq Akademiyasının fəxri professoru adına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Roma Rəssamlıq Akademiyasının prezidenti, dünya şöhrətli heykəltəraş Alfio Monjelli sərəncam imzalayıb. Sərəncamda deyilir ki, İtaliya-Azərbaycan incəsənət və mədəniyyətinə verdiyi töhfələrə görə Zeynalabdin İsgəndərov Roma Rəssamlıq Akademiyasının fəxri professoru adına layiq görülsün. Daha sonra Roma Rəssamlıq Akademiyasının prezidenti Alfio Monjelli Z.İsgəndərova yaradıcılığında uğurlar diləyib.
Z.İsgəndərov ona göstərilən yüksək diqqətə görə, Alfio Monjelliyə dərin təşəkkürünü bildirib.