Bakı, 22 sentyabr, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzində Rusiya Akademik Böyük Teatrının Brass-kvinteti konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşan konsertdə qonaqlar Bakıda ilk dəfə olduqlarını bildirib və şəhərimiz haqqında xoş təəssüratlarını bölüşüblər.
Kollektiv ötən əsrin 80-ci illərində yaranıb. Moskva Böyük Teatrın Orkestrinin tərkibində fəaliyyət göstərək qrupa Aleksey Kornilyev (truba, flüqelqorn), Yevgeni Quryev (truba), Aleksandr Jbanov (turba), Aleksey Rayev (valtorna) və Erkin Yusupov (trombo) daxildir. Kollektiv son dövrlərdə bir çox konsert və festivalların iştirakçısı olublar.
Görkəmli qərb bəstəkarlarının əsərlərinin səsləndiyi konsert maraqla qarşılanıb.