Bakı, 22 sentyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, ABŞ-ın Las-Veqas şəhərində güləş üzrə böyüklər arasında növbəti dünya çempionatı keçirilib.
AZƏRTAC xəbər verir ki, bu çempionatı digərlərindən fərqləndirən ən mühüm cəhət yarışda 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına vəsiqələrin qazanılması idi.
Azərbaycan güləş yığmaları çempionatda ümumilikdə 23 idmançı ilə təmsil olunub. Güləşçilərimiz Rio Olimpiadasında iştirak üçün mümkün 18 vəsiqədən 11-ni elə ilk cəhddə qazanaraq öz qələbə ənənələrini davam etdiriblər. Dünya çempionatında yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq), qadın güləşçilərdən Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq) və Yuliya Ratkeviç (58 kq), sərbəst güləşçilərdən Toğrul Əsgərov (65 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Xetaq Qazyumov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) Olimpiya Oyunlarına vəsiqəni təmin ediblər.
Qazanılan Olimpiya vəsiqələrinin ümumi sayına görə Azərbaycan yalnız Rusiyadan (12 vəsiqə) geri qalıb. Ayrı-ayrı növlər üzrə çempionatın yekunlarına nəzər salsaq görərik ki, hər üç güləş yığmamız Rio Olimpiadasına əldə etdiyi vəsiqələrin sayına görə ilk üçlükdə qərarlaşıb.
Çempionatın ilk günlərində mübarizə aparan yunan-Roma güləşi üzrə yığmamız Olimpiadaya 4 çəkidə vəsiqə qazanaraq Rusiya ilə ilk sıranı bölüşüb. Güləşçilərimiz 59, 75, 85 və 130 kiloqram çəki dərəcələrində fərqləniblər. Sonrakı yerləri tutan İran və Ukrayna yığmaları isə hərəyə 3 vəsiqə əldə edə biliblər.
Rio Olimpiadasına qazanılan digər 4 vəsiqə sərbəst pəhləvanlarımızın payına düşüb. 65, 86, 97 və 125 kiloqram çəki dərəcələrində Olimpiadaya vəsiqə qazanan sərbəst güləş yığmamız lisenziya sayına görə, Rusiya (6) və İrandan (5) sonra üçüncü sırada qərarlaşıb. Gürcüstan və Monqolustan yığmaları da hərəyə 4 vəsiqə qazanıblar.
Qadın güləşçilərimiz isə bu mundialda Olimpiadaya 6 mümkün vəsiqədən 3-nü təmin edib. 48, 53 və 58 kiloqram çəki dərəcəsində Olimpiya vəsiqəsi əldə edən yığmamız yalnız Yaponiya (5 vəsiqə) və Çindən (4 vəsiqə) geri qalıb. İsveç qadın yığması da Olimpiya Oyunlarına 3 vəsiqə qazanıb.
İlk cəhddə vəsiqə əldə edilməyən çəki dərəcələri üçün güləşçilərimiz qitə və dünya təsnifat turnirlərində mübarizə aparacaq. Bu yarışlar 2016-cı il aprelin 15-17-də Serbiyanın Zrenyanin şəhərində keçiriləcək Avropa təsnifat turniri, həmin ayın 22-24-də Monqolustanın Ulan-Bator şəhərində keçiriləcək birinci Dünya təsnifat turniri və mayın 6-8-də İstanbul keçiriləcək sonuncu dünya təsnifat turniri olacaq.
Gələn il avqustun 5-dən 21-dək Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında sərbəst güləşçilər 57, 65, 74, 86, 97, 125, yunan-Roma güləşçiləri 59, 66, 75, 85, 98, 130, qadın güləşçilər isə 48, 53, 58, 63, 69, 75 kiloqram çəki dərəcələrində mübarizə aparacaqlar.
Xatırladaq ki, müstəqil Azərbaycanın güləş yığma komandaları indiyədək qatıldığı Olimpiya Oyunlarında ümumilikdə 14 medal qazanıb. Bu medallardan 4-ünün əyarı qızıldır. Olimpiya medallarından 5-i gümüş, 5-i isə bürünc əyarlıdır.
Azərbaycan qazanılan Olimpiya vəsiqələrinin ümumi sayına görə ikinci yerdə qərarlaşıb