[ 23 Sentyabr 2015 03:15 ]



Bakı-APA. ABŞ prezidenti Barak Obama ölkəyə səfərə gəlmiş Roma Papası Fransiski şəxsən qarşılayıb. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Məlumata görə, Roma Papasının təyyarəsi Merilendəki hərbi bazada enib.

Roma Papasının prezidentlə birlikdə onun ailəsi və ABŞ-ın digər yüksəkvəzifəli şəxsləri qarşılayıb.

Bundan əvvəl bildirilmişdi ki, Roma Papası həmçinin sentyabrın 25-də Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin ilə danışıqlar keçirməyi planlaşdırır.