Tokio, 24 sentyabr, AZƏRTAC
Yaponiyada 105 yaşlı kişi 100 metr məsafəni 42 saniyəyə qət edərək yeni dünya rekordu müəyyən edib.
“The Wall Street Journal” nəşrinin məlumatına əsasən, həmin yaşda olan kişilər arasında bu, ən yüksək göstəricidir.
Hidekiçi Miyazaki adlı “idmançı” 1910-cu il sentyabrın 22-də anadan olub. 100 metr məsafəni 35 saniyəyə qaçağını düşünən H.Miyazaki göstərdiyi nəticənin onu qane etmədiyini deyib: “Mən bugünki pis nəticədən sonra qaçışı ata bilmərəm”.
Fotoqraflara poza verən yeni rekordçu məşhur yüngül atlet, 100 metr məsafəni 9,58 saniyəyə qət etmiş Hüseyn Boltun “qələbə” görkəmini alıb.
Qeyd edək ki, əvvəllər 100 yaşdan yuxarı insanlar arasında 100 metr məsafəni qət etmək üzrə rekord müəyyən edilməyib. Buna görə də Kioto şəhərində 100 metri axıradək qaçan H.Miyazakinin göstəricisi avtomatik olaraq rekord kimi qəbul olunub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
Yaponiyada 105 yaşlı kişi 100 metr məsafəni 42 saniyəyə qət edib