Moldovanın paytaxtı Kişinyovda bu gün hakimiyyətə qarşı növbəti etiraz aksiyası keçiriləcək.
Report RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, mitinq parlement binasının qarşısındakı meydanda təşkil olunacaq.
DA vətəndaş platforması ("Demnitate si adevar" - "Ləyaqət və ədalət") tərəfindən təşkil olunan aksiyada 50 min insanın iştirakı gözlənilir.
Etirazçıların hakimiyyətə qarşı irəli sürdükləri tələblər arasında prezidentin, hökumət və baş prokurorun istefası, növbədənkənar parlament seçkilərinin keçirilməsi, korrupsiya ilə mübarizə yer alır.
Milli.Az