Tokio, 27 sentyabr, AZƏRTAC
“Formula-1” Qran-pri yarışlarının Yaponiya mərhələsinin qalibi “Mersedes” komandasının britaniyalı pilotu Luis Hamilton olub. İkinci yeri onun komanda yoldaşı, alman Niko Rosberq, üçüncü yerə isə “Ferrari”nin alman pilotu Sebastyan Fettel tutublar.
Yaponiyada qələbə L.Hamiltonun “Formula-1” Qran-pri yarışlarının mərhələlərində sayca 41-ci uğurudur. Həmin göstəriciyə görə o, braziliyalı Ayrton Sennanın uğurunu təkrarlayıb.
Qələbələrin sayına görə yeddi qat dünya çempionu Mixael Şumaher rekordçu (91) hesab olunur. Hazırda yarışlara qatılan idmançılar arasında isə S.Fettel daha çox qalib gəlib. O, 42 dəfə qalib adını qazanıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio