"Report" xəbər verir ki, onların sayı barədə son məlumatları ölkənin Daxili İşlər Nazirliyi açıqlayıb.
İdarənin məlumatına görə, təkcə ötən gün Serbiya ilə sərhəddə yerləşən Tovarnik və Bapska nəzarət-buraxılış məntəqələrindən ölkəyə 4,5 mindən çox qaçqın daxil olub ki, onlar da gün ərzində Macarıstan ilə sərhədə aparılıb.