Davudoğlu: "Bizim bayrağımız məzlum xalqların müdafiəsinin rəmzidir”

Davudoğlu: "Bizim bayrağımız məzlum xalqların müdafiəsinin rəmzidir”
05:04 28 Dekabr 2014
166 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin baş naziri Əhməd Davudoğlu Türkiyə bayrağının bütün dünyada məzlum xalqların müdafiəsi rəmzinə çevrildiyini bildirib. APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ə.Davudoğlu ötən gün hakim Ədalət və İnkişaf Partiyasının Konya şəhərində keçirilən toplantısında bildirib.

 

“Bizim qırmızı bayrağımız bütün dünyada Fələstin, azad Suriya və digər məzlum xalqların bayraqları yanında dalğalanacaq. Bizim bayrağımız bütün dünyada məzlum xalqların müdafiəsinin rəmzidir”, deyə Davudoğlu qeyd edib.

 

Türkiyənin baş naziri əlavə edib ki, Türkiyə Fələstinin problemlərini öz problemləri kimi qəbul edir: “Fələstin torpağı Türkiyə torpağı kimi müqəddəsdir”.   

 

Qeyd edək ki, Ədalət və İnkişaf Partiyasının toplantısında HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri Xalid Məşəl iştirak edib. O partiya üzvləri tərəfindən gurultulu alqışlarla qarşılanıb.   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/188945

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR