Müdafiə Nazirliyi: "Adları siyahıda göstərilən şəxslər Silahlı Qüvvələrimizdə yoxdur"

Müdafiə Nazirliyi: "Adları siyahıda göstərilən şəxslər Silahlı Qüvvələrimizdə yoxdur"
16:27 29 Sentyabr 2015
18 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistanın bəzi elekton kütləvi informasiya vasitələri tərəfindən guya sentyabrın 28-də həlak olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının ad-soyadları da göstərilməklə yayılmış məlumatın heç bir əsası yoxdur.

Bu barədə Trend-ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin məlumatında qeyd olunur ki, bu kimi ucuz, tam cəfəng xarakterli məlumatlar yalnız erməni ictimaiyyətini aldatmaq məqsədi daşıyır və bir daha sübut edir ki, düşmən tərəfi mənəvi-psixoloji cəhətdən düşkün vəziyyətdədir.

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, adları siyahıda göstərilən şəxslər, ümumiyyətlə, Silahlı Qüvvələrimizdə yoxdur: "Nazirlik cəbhədə baş verən hadisələr barədə ictimaiyyətə mütəmadi xəbər verir və son günlər qoşunların təmas xəttində gedən döyüşlərdə şəhid olanlar barədə də tərəfimizdən rəsmi məlumatlar verilib".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/372151.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR