Bakı, 29 sentyabr, AZƏRTAC
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasinın oktyabr ayı üçün repertuarı bir-birindən maraqlı tədbirlərlə zəngindir.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, 5-oktyabr Beynəlxalq Müəllimlər gününü münasibətilə mədəniyyət ocağının səhnəsində
Q.Qarayev adına Azərbaycan Dövlət kamera orkestri geniş konsert proqramı ilə çıxış edəcək. Oktyabrın 9-da Xalq Artisti, dirijor Rauf Abdullayevin 50 illik yaradıcılıq gecəsi təşkil olunacaq. 10-da dirijor Nazim Rzayevin xatirəsinə həsr olunan konsert keçiriləcək. 22-25-də Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri geniş konsert proqramı ilə çıxış edəcək. Oktyabrın 30-da isə filarmoniyanın səhnəsində görkəmli bəstəkar, Xalq Artisti Vasif Adıgözəlovun 80 illik yubileyi münasibətilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin konserti olacaq. 31-də isə Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində Emil Əfrasiyab və qrupu konsert proqramı ilə çıxış edəcək.