2014-cü ilin 10 ən yaxşı ixtirası

06:14 28 Dekabr 2014
96 Digər
Ölkə mətbuatı
A- A+

Geridə qoyduğumuz il bir sıra maraqlı ixtiralarla yadda qalıb. Bəziləri bizlərdə böyük təəssürat yaradıb.

"Ağıllı" kosmik gəmi


İnsanlar uzun müddətdir Mars planetini fəth etməyə çalışırlar. Sentyabrın  24-də ABŞ, Rusiya və Avropa deyil, məhz Hindistanın "Manqalyan" planetlərarası kosmik stansiyası Qırmızı planetin orbitinə çıxıb. Bu kosmik gəmi beş bort qurğusu ilə təchiz edilib, onun tikintisi 74 milyon dollara başa gəlib.

 

Xoverbord

 
Formasına görə skeytbordu xatırladan, amma təkər əvəzinə iki antiqravitatordan ibarət qurğu xoverbord adlanır. Bu qurğunun yaradılması ideyası rejissor Robert Zemekisin "Gələcəyə qayıdış 2" filmindən götürülüb. Xoverbord yer səthindən 3 santimetr hündürlükdə uça bilər, həmçinin bu səth cərəyan keçirməlidir, batareyanın şarjı yalnız 15 dəqiqə əlçatandır. İndiyədək yalnız 10 belə xoverbord hazırlanıb. Ancaq istehsalçılar olduqca qətiyyətlidir və qurğunu təkmilləşdirmək istəyirlər.

 

 

3D çap


 
İstənilən obyekti düzəltmək bacarığına malik qurğudur. Bu, elmi fantastika kimi səslənir, amma rəqəmli cizgilər üzrə obyektlər yarada bilən üçölçülü çap qurğularının inkişafı nəticəsində bu fantastika reallığa çevrilir.
3D çap texnologiyası həm korporasiya, həm də istehlakçılar üçün faydalıdır. Ötən il məktəblilər artıq fizika dərsləri üçün maşın modelini 3D printerdə çap ediblər. Təyyarə istehsalçıları reaktiv mühərriklərin effektivliyinin artırılması üçün 3D çapdan istifadə edirlər.

 

 

Beli bükülmədən xilas edən çip


 
Yəqin bilirsiniz ki, beli bükük insanlarda zamanla niyə bel ağrısı yaranır. "Biz sadəcə unuduruq ki, beli bükmək lazım deyil" – "Lumo BodyTech" şirkətinin əməkdaşı Monika Perkaş belə deyib. İstifadəçi baş barmaq ölçüsündə bu cihazı öz köynəyinə bərkitdikdən sonra cihaz bel və boynun vəziyyətinin təhlilinə başlayır və düzgün qamət olmadıqda titrəyir. Sistem hələ ki tam mükəmməl deyil. Buna baxmayaraq, qurğuya tələbat artıq təklifi üstələyib.

 

 

Gözdən əlilliyin qarşısını alan bananlar


 
Afrikada 5 yaşınadək uşaqların təxminən 30 faizi sadə bir səbəbdən gözdən əlil olmaq riski ilə üz-üzədir: onlar gözlərin normal işi üçün lazımi miqdarda A vitamini qəbul etmir. Amma bu uşaqların qida rasionunun çox hissəsini təşkil edən bananları elə təkmilləşdirmək olar ki, A vitamin çatışmazlığı aradan qalxsın. Avstraliyalı genetik Ceyms Deyl 2000-ci ilin əvvəlində Uqandaya səfər etdikdə məhz bu ideya onun ağlına gəlib. Məhz o zaman Deyl və onun komandası A vitamini ilə zəngin "superbanan"ların yaradılmasına başlayıb. Yaxın vaxtlarda yeni bananlar insanlar üzərində sınaqdan keçiriləcək.
 

 

"Blackphone"


 
İspaniyanın "Geeksphone" startapı və "Silent Circle" şifrlənmiş rabitə firması tərəfindən hazırlanmış "Blackphone" dünyanın ilk təhlükəsiz smartfonu kimi təqdim edilib. Aparat telefon zənglərini, elektron məktubları, internet səhifələrini, baxılan mətnləri şifrləyə bilir. Qurğu, həmçinin istənilən GSM daşıyıcı ilə işləyir.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR