Çexiya ordusu sıralarında antimiqrasiya əhval-ruhiyyəsi

Çexiya ordusu sıralarında antimiqrasiya əhval-ruhiyyəsi
20:23 29 Sentyabr 2015
35 Dünya
Ölkə mətbuatı
A- A+


Praqa, 29 sentyabr, AZƏRTAC
Çexiya ordusunda aparılan daxili yoxlamalar göstərib ki, bəzi hərbi qulluqçular radikal siyasi qruplaşmaları dəstəkləyə bilər, hərbiçilərin 5 faizi isə ekstremist nümayişlərdə iştirak edir. Hərbi qulluqçuların təxminən yarısı qaraçı məsələsinin radikal həllini təklif edəcək partiyanı da dəstəkləməyə hazırdır.
Çex ordusu nümayəndələrinin 83 faizini korrupsiya narahat edir, hətta hərbçilərin 6 faizi korrupsiyanı mütəmadi olaraq öz hissələrində görür.
Baş nazirin müavini və ANO hərəkatının sədri Andrey Babiş sorğunun nəticələrini müdafiə naziri Martin Stropnitski ilə müzakirə etmək niyyətindədir. Araşdırma 2013-cü ildə Baş Qərargah rəisi postunda olan Vlastimil Pitsekin təşəbbüsü ilə aparılıb. Hərbi psixoloqlar o zaman 1615 hərbi qulluqçu arasında sorğu keçiriblər.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/CHexiya_ordusu_siralarinda_antimiqrasiya_ehval_ruhiyyesi-888322

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR