UEFA Çempionlar Liqasının qrup mərhələsinin növbəti oyunları keçiriləcək

UEFA Çempionlar Liqasının qrup mərhələsinin növbəti oyunları keçiriləcək
20:38 29 Sentyabr 2015
96 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 29 sentyabr, AZƏRTAC
Sentyabrın 29-da UEFA Çempionlar Liqası yarışlarının qrup mərhələsi çərçivəsində ikinci turun görüşləri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, yarışların “E”, “F”, “G” və “H” qruplarında çıxış edən komandalar növbəti oyunlarına çıxacaqlar.
İspaniyanın “Barselona” komandası doğma meydanında Almaniyanın “Bayer” (Leverkuzen) klubunu qəbul edəcək. İtaliyanın “Roma” komandası isə səfərdə Belarusun “BATE” klubunun qonağı olacaq.
Günün mərkəzi oyununda “Porto” (Portuqaliya) klubu “Çelsi” (İngiltərə) komandası ilə qarşılaşacaq.
Birinci turda “Makkabi” (Təl-Əviv, İsrail) komandasını məğlub edən Joze Mourinyonun yetirmələri Avropada uğurlu çıxışını davam etdirmək niyyətindədir.
Bundan başqa, həmin gün “Lion” (Fransa) – “Valensiya” (İspaniya), “Zenit” (Rusiya) – “Gent” (Belçika) “Makkabi” (İsrail) – “Dinamo” Kiev (Ukrayna), “Arsenal” (İngiltərə) - “Olimpiakos” (Yunanıstan), “Bavariya” (Almaniya)- “Dinamo” (Zaqreb, Xorvatiya) komandaları üz-üzə gələcək.
Oyunlar Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
“A”, “B”, “C” və “D” qruplarındakı görüşlər sentyabrın 30-da oynanılacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/UEFA_CHempionlar_Liqasinin_qrup_merhelesinin_novbeti_oyunlari_kechirilecek-888327

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR