[ 30 Sentyabr 2015 12:23 ]
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən vəkil Mənsum Bayramovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, prosesdə məhkəmə istintaqının başa çatması barədə qərar qəbul olunub. Məhkəmə prosesi oktyabrın 8-də prokurorun çıxışı ilə davam etdiriləcək.
Qeyd edək ki, M. Bayramova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
Onu da qeyd edək ki, Mənsum Bayramov 2005-ci ildə Mərkəzi Seçki Komissiyasının AXCP">AXCP-dən namizədliyi irəli sürdüyü üzvü olub.