Aviadispetçerlər Malayziyanın Air Asia təyyarəsi ilə əlaqəni itiriblər

Aviadispetçerlər Malayziyanın Air Asia təyyarəsi ilə əlaqəni itiriblər
08:38 28 Dekabr 2014
134 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 28 dekabr /Trend/

Malayziyanın Air Asia şirkətinin təyyarəsi ilə bazar günü əlaqə kəsilib, onun göyərtəsində 162 nəfərə yaxın insan olub. Trend RİA Novosti agentliyinə istinadən bu barədə İndoneziyanın Metro TV telekanalı xəbər verir.

İndoneziyanın Surabaya şəhərindən Sinqapura uçan Malayziya Air Asia şirkətinin təyyarəsi ilə aviadispetçer xidməti əlaqəni itirib. Cakartanın dispetçer məntəqəsi yerli vaxtla saat 6:17-da QZ 8501 reysi ilə əlaqəni itirib.

İndoneziya nəqliyyat nazirliyinin nümayəndəsinin sözlərinə görə, təyyarənin pilotları əlaqə kəsiləndən əvvəl qeyri-adi marşrutu tələb ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR